Nigerdə Fransa xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb

24.11.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən Marius Bersa Nigerdə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nigerin İctimai Televiziyası məlumat yayıb. Həbs noyabrın 13-də baş tutsa da, məlumat bu gün ictimailəşdirilib.

Bildirilir ki, Fransa vətəndaşı olan Bersa öz ölkəsinin xarici kəşfiyyat xidməti DGSE ilə əməkdaşlıq edir.

Fransa tərəfi isə onun təhlükəsizlik şirkətində məsləhətçi işlədiyini iddia edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью