Nigerdə Fransa xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb AZƏRTAC

24.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 noyabr, AZƏRTAC

Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən Marius Bersa Nigerdə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nigerin İctimai Televiziyası məlumat yayıb. Həbs noyabrın 13-də baş tutsa da, məlumat bu gün ictimailəşdirilib.

Bildirilir ki, Fransa vətəndaşı olan Bersa öz ölkəsinin xarici kəşfiyyat xidməti DGSE ilə əməkdaşlıq edir.

Fransa tərəfi isə onun təhlükəsizlik şirkətində məsləhətçi işlədiyini iddia edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью