Nigerdə silahlı hücumlar 40a yaxın insanın ölümünə səbəb olub

15.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nigerin qərbində silahlı hücumlar nəticəsində 40-a yaxın mülki şəxs həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

“Nigerin qərbində son günlər baş verən iki hücumda 39 nəfər həlak olub”, - nəşr yazıb.

Qeyd olunur ki, hücumlar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında, Libiri və Kokoru yaşayış məntəqələri yaxınlığında baş verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью