Nigerdə terror hücumu nəticəsində 40 dan çox hərbçi həlak olub

27.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 27 may, AZƏRTAC

Nigerin Tahoua bölgəsində baş vermiş terror hücumu nəticəsində 40-dan çox hərbçi həyatını itirib.

AZƏRTAC Qərbi Afrika Demokratik Radiosuna (WADR) istinadla xəbər verir ki, bu gün Mali sərhədinə yaxın ərazidə yerləşən hərbi düşərgəyə edilən hücum cari ildə orduya qarşı törədilmiş ən qanlı hücumlardan biri hesab olunur.

Məlumata görə, təhlükəsizlik qüvvələri bölgədə gözlənilən hücumların qarşısını almaq məqsədilə əməliyyat keçiriblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью