Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında

19.11.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Fənərbaxça” qışda hücum xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" “Vulverhempton”da çıxış edən Tolu Arokodareni transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, İstanbul klubu Nigeriya millisinin üzvünü satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. “Fənər” yaxın günlərdə 24 yaşlı hücumçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, “Vulverhempton” Tolu Arokodareyi bu ilin yanvar ayında “Genk”dən 22,6 milyon avroya transfer edib. 

"Beşiktaş"da Rafa Silva böhranı davam edir Oskarın son durumu bəlli olub Nuri Şahin Rusiyada işləyə bilər Van Daykdan yeni rekord “Atletiko”nun futbolçusu “Yunayted”in radarında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью