Nigeriya millisinin üzvü “Milan”ın radarında

20.08.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, rossonyerilər "Bayer"də çıxış edən Viktor Bonifeysi transfer etməyə yaxındır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" artıq nigeriyalı forvardla razılıq əldə edib. 24 yaşlı futbolçunun klubu ilə danışıqlar davam edir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 assistlə yadda qalıb.

Veyqa İspaniya klubunun hədəfində Cengiz Ünder heyətdən kənarlaşdırıldı "Arsenal"ın müdafiəçisi "Porto" yolunda Kevin Trapp "Paris"də "Mançester Siti" 3 milyona görə "Qalatasaray"ın təklifini rədd etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью