Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib

21.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində terror şəbəkələrinə qarşı əməliyyatları intensivləşdirərək 21 İŞİD terrorçusunu, o cümlədən yüksəkrütbəli komandirləri məhv edib. Həmçinin 8 terrorçu və onların 18 ailə üzvü təslim olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Punch” nəşri məlumat yayıb.

General-mayor Maykl Onoja noyabrın 13-dən 19-dək olan dövrü əhatə edən əməliyyatlarla bağlı şənbə günü yaydığı açıqlamada bildirib ki, Borno ştatının Cənubi Çad gölü ətrafında - Monquno və Arinna yaxınlığında bazar ertəsi və çərşənbə axşamı endirilən dəqiq hava zərbələri nəticəsində 21 terrorçu zərərsizləşdirilib, 10 nəfər ağır yaralanıb. İlk zərbə zamanı 7 terrorçu öldürülüb, əsas partlayıcı mütəxəssisi sıradan çıxarılıb. Arinnada keçirilən ikinci əməliyyatda isə İŞİD-in Shura Şurasının üzvü və 12 silahlı məhv edilib.

Onojanın sözlərinə görə, noyabrın 13–18-i aralığında Borno ştatının Bama, Dikva, Qvoza, Kukava və Monquno rayonlarında 8 yaraqlı və 18 ailə üzvü silahı yerə qoyaraq təslim olub.

Hərbçilər, həmçinin Qvoza rayonundakı Zaha kəndində əsirlikdən qaçan 4 məcburi köçkünü xilas edib, Borno, Yobe və Kano ştatlarında terrorçularla əlaqədə və təchizatda şübhəli bilinən şəxsləri saxlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью