Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nigeriya Futbol Federasiyası “Qalatasaray”ın hücumçusu Viktor Osimheni qarşıdakı matçlar üçün milli komandaya çağırmamaqla bağlı xahişini rədd edib.
İdman.Biz “Goal”a istinadən xəbər verir ki, İstanbul klubu beynəlxalq fasilənin hücumçuya zədəsini tam bərpa etməyə imkan verəcəyinə ümid edirdi.
Osimhen artıq iki həftəyə yaxındır ki, yaşıl meydanlardan kənarda qalıb. Nigeriyalı futbolçu Türkiyə çempionatının dördüncü turunda “Başakşəhər”lə keçirilən matçın (3:2) 33-cü dəqiqəsində zədələnib. Forvarda sağ bud nahiyəsində ağrılarla müşayiət olunan əzələ zədəsi aşkarlanıb.
Buna baxmayaraq, Nigeriya millisi futbolçunu milli komandaya çağırmamaqdan imtina edib.
Nigeriya yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Madaqaskar və Qvineya-Bisau ilə iki oyun keçirəcək.