Nigeriyada 32 uşaq öldü, çoxlu insan yaralandı Video

19.12.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nigeriyanın cənubundakı Oyo əyalətinin paytaxtı İbadanda təşkil edilən yarmarkada yaranan izdiham nəticəsində 32 uşaq həyatını itirib.

Ölkə.Az xəbər verir ki, Oyo informasiya komissarı Şahzadə Dotun Oyelade verdiyi yazılı açıqlamada dünən əyalətin paytaxtı İbadanda təşkil edilən xüsusi yarmarkada izdiham yaşandığını bildirib.

Oyelade izdihamda 32 uşağın həyatını itirdiyini, çox sayda uşağın isə yaralandığını açıqlayıb.

Yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildirən Oyelade hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

Oyo Qubernatoru Seyi Makinde açıqlamasında hadisə ilə bağlı istintaq başladıldığını və yarmarkanın təşkilatçılarının saxlanıldığını bildirib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью