Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Nigeriya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hava hücumları nəticəsində 37 terrorçunu zərərsizləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.
Əməliyyat zamanı ölkənin şimal-şərqindəki Borno əyalətində ekstremist düşərgələri və əldəqayırma partlayıcı qurğu anbarları da məhv edilib. Uğurlu hücum dəüiü kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Cinayətkarlar Boko Haram tərəfdarları olub.
Boko Haram ekstremist qrupu Nigeriyanın şimal-şərqində əsas terror təhdidi hesab olunur. 2009-cu ildə Borno əyalətinin paytaxtı Mayduquridə qurulan qruplaşma ölkədə hakimiyyəti ələ keçirmək istəyir və ardıcıl terror hücumları həyata keçirir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri Boko Haramı böyük bir məğlubiyyətə uğradıb.