Nigeriyada 70 “Boko Haram” üzvü zərərsizləşdirilib

27.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram”a qarşı keçirilən əməliyyatlarda 70 təşkilat üzvü zərərsizləşdirilib.

APA xəbər verir ki, bu haqda Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibi Edvard Buba məlumat verib.

Məlumatda ordunun 16-25 yanvar tarixləri arasında Borno əyalətinin Tumbuktu bölgəsində “Boko Haram”a qarşı əməliyyat keçirdiyi bildirilir.

Əməliyyatlar zamanı 3-ü lider olmaqla 70 təşkilat üzvünün zərərsizləşdirildiyini bildirən Buba, əməliyyatlarda həmçinin 22 əsgərin həlak olduğunu, çoxlu sayda əsgərin isə yaralandığını deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью