Nigeriyada bərənin batması nəticəsində 37 nəfər həlak oldu

18.05.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nigeriyanın cənub-qərbində, Niger çayında baş vermiş bərə qəzası nəticəsində azı 37 nəfər boğularaq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə The Cable portalı məlumat yayıb.

Hadisə Kvara ştatının Qbadjiqbo yaşayış məntəqəsi yaxınlığında baş verib. İlkin ehtimallara görə, bərənin batmasına əsas səbəb onun həddindən artıq yüklənməsi olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью