Nigeriyada bina çökdü, ölən və yaralananlar var

29.01.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Nigeriyanın Laqos şəhərində 2 mərtəbəli bina uçub. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Dağıntılar altında 15 yaşlı uşaq da daxil olmaqla 3 nəfərin cəsədinin tapıldığını bildirilib, 6 nəfərin isə yaralı olaraq dağıntılar altından çıxarıldığı qeyd edilib.

Müalicə altına alınan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Ölənlərin sayının artacağı ehtimalı var.

Dağıntılar arasında axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub. Binanın çökməsinin səbəbi araşdırılır.

Oksana


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью