525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nigeriyanın Plato ştatında bir neçə gün ərzində yaraqlılar azı 52 nəfər öldürüblər, təxminən 2000 nəfər isə evlərini tərk etməyə məcbur olub.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Nigeriyanın Milli Fövqəladə Hallar Agentliyinə istinadən məlumat yayıb.
"Hücumlar ötən həftə Bokkos dairəsinin altı kəndində baş verib. Səbəbləri məlum deyil. Bu, 2023-cü ilin dekabrından bəri regionda ən böyük zorakılıq dalğasıdır, həmin vaxt 100-dən çox insan həlak olmuşdu", - məlumatda bildirilib.
Plato ştatı uzun müddətdir fermerlərlə maldarlar arasında gərginlik və dövri toqquşmalar zonası olaraq qalır.