525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nigeriyada ordu ilə terror təşkilatı Boko-Haram üzvləri arasında baş verən qarşıdurmada 15 terrorçu öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə terrorçulara qarşı qurulan “Hadin Kai” əməliyyatının komandirlərindən olan Uba Sani Borno əyalətinin Kaqa bölgəsində ordu ilə Boko-Haram üzvləri arasında qarşıdurmaların baş verdiyini bildirib.
Sani qarşıdurmada 15 terrorçunun öldürüldüyünü, çoxunun isə yaralı olaraq xilas olduğunu qeyd edib.
Qarşıdurmada 4 əsgərin həyatını itirdiyini deyən Sani, terrorçulara aid silah və xeyli miqdarda sursatın ələ keçirildiyi barədə məlumat paylaşıb.
Məhəmməd Tağıyev