Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Nigeriyanın Kano əyalətində dəhşətli yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kano ştatının Kvanar Barde bölgəsində sərnişin daşıyan yük maşını ehtiyatsızlıq səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Kano əyalətinin qubernatoru Abba Yusuf qəzanı "ürək parçalayan" və dövlət üçün böyük itki kimi qiymətləndirərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, həmçinin sürücüləri, xüsusilə də ağır avtomobillərin sürücülərini ehtiyatsızlıqdan uzaq durmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
İbrahim Cəfərov