Nigeriyada Ebola virusuna yoluxma halı təsdiqlənib

21.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nigeriyanın paytaxtı Abucada Ebola virusuna yoluxma halı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxma oktyabrın 20-də laborator müayinələrlə təsdiqlənib. Xəstə yaxın vaxtlarda Uqandadan Nigeriyaya gəlmiş qadındır. O, hazırda təcrid olunub və tibbi yardım alır.

Rəsmi məlumatda bildirilir ki, xəstədə simptomlar oktyabrın 7-də başlayıb, oktyabrın 11-də isə o, Abucadakı özəl tibb müəssisəsinə müraciət edib. Yoluxmanın mənbəyini müəyyənləşdirmək və qadının səfər marşrutunu araşdırmaq üçün tədbirlər görülür.

Səhiyyə qurumları xəstə ilə təmasda olmuş 44 nəfəri müəyyən edib və onların vəziyyətini izləyir. Tibb müəssisəsində infeksiyaya nəzarət tədbirləri gücləndirilib. ÜST region ölkələrini epidemioloji müşahidəni davam etdirməyə və mümkün yoluxma hallarına operativ reaksiya verməyə çağırıb.

S.Rzayeva
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью