Nigeriyada gəmi qəzasında 50 nəfər öldü

21.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Gəmi Niger deltasında batıb. Gəmi neçə gün əvvəl bölgədə baş verən oxşar fəlakət qurbanlarının dəfn mərasiminə insanları aparırdı.

İlkin məlumatlara görə, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-ü xilas edilib. 50-dən çox cəsəd tapılaraq morqlara göndərilib, qalan sərnişinlərin taleyi hələ də məlum deyil.

Mütəxəssislər faciənin gəminin həddindən artıq yüklənməsi nəticəsində baş verə biləcəyini düşünürlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью