Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Nigeriyanın şimal şərqindəki Borno vilayətində yerləşən hərbi hissəyə silahlı basqın nəticəsində 15 hərbçi və hücum zamanı hərbçilərə dəstək verən müştərək mülki qüvvələrin 5 üzvü qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriya ordusunun rəsmi şəxsi “France-Presse” agentliyinə açıqlamasında deyib.
Hücum edənlərin İŞİD-lə əlaqəli olduğu bildirilir.
Qeyd edilir ki, hücum nəticəsində hərbi hissə darmadağın edilib. Hərbçilər 18 kilometr uzaqlıqda yerləşən Monqono şəhərinə doğru geri çəkilməyə məcbur olublar.