Nigeriyada hökumət binasının qarşısında izdiham 3 ölü

01.10.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Nigeriyanın Niger əyalətində, həbsdə 37 mədənçinin ölümünə etiraz etmək üçün hökumət binasının qarşısına xeyli insan toplaşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, izdiham nəticəsində 3 nəfər ölüb, xeyli şəxs yaralanıb.

Yaralılar xəstəxanalara aparılıb və insidentlə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Niger əyalətində qanunsuz mədənçilik şübhəsi ilə 67 nəfər saxlanılıb. Onlardan 37-si Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusuna məxsus bir müəssisədə saxlanılarkən ölüb. Hadisə ciddi narazılıqla qarşılanıb. Bu səbəbdən də Prezident Bola Əhməd Tinubu hərtərəfli və şəffaf araşdırma aparılması ilə bağlı göstəriş verib.

Hadisə ilə əlaqəli korpusun bir neçə rəsmisi işdən çıxarılıb, eləcə də ölümlərin səbəblərini araşdırmaq üçün hüquq, təhlükəsizlik, mədənçilik və səhiyyə sektorlarından olan mütəxəssislərdən ibarət 10 nəfərlik komitə yaradılıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью