Nigeriyada iki sürət qayığı toqquşdu 8 ölü

18.09.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Nigeriyanın Kross River ştatında iki sürət qayığı toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kross River polisinin ictimaiyyətlə əlaqələr üzrə məmuru Eitokpah Akata bildirib.

Onun sözlərinə görə, ştatın Bakassi bölgəsindəki çayda iki sürət qayığı toqquşub və hər ikisi batıb. Qayıqların batması nəticəsində səkkiz nəfər ölüb. Akata əlavə edib ki, bir çox insan itkin düşüb və axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, Nigeriya hökuməti qayıq qəzalarının sayının azalması üçün ölkə daxilində lisenziyasız qayıqların istismarını qadağan edib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью