Nigeriyada imtahan zamanı məktəbə basqın 3 nəfər həlak olub

11.06.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Nigeriyanın Kogi əyalətinin İluke Bunu bölgəsindəki bir məktəbə basqın edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kogi əyalətinin İnformasiya və Kommunikasiya üzrə komissarı Kingsley Femi Fanvo bildirib.

O qeyd edib ki, hərbi forma geyinmiş silahlılar imtahan zamanı məktəbə basqın təşkil ediblər. Kütləvi adam oğurluğuna cəhd edən şəxslərin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

İnsident zamanı 6 yaşlı uşaq və məktəb direktoru da daxil olmaqla 3 nəfər həyatını itirib.

Qeyd edək ki, son zamanlar Nigeriyada məktəblərə hücumlarda artım müşahidə olunur. Son olaraq, 15 mayda Oyo əyalətinin Oriire bölgəsində 3 məktəbə edilən hücumlarda silahlı şəxslər tərəfindən 40 şagird və 7 müəllim qaçırılıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью