Nigeriyada izdiham: 32 uşaq öldü FOTO

19.12.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Nigeriyanın cənubundakı Oyo ştatında yarmarkada baş verən izdiham nəticəsində 32 uşaq ölüb.


Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Oyo ştatının hökumət sözçüsü Şahzadə Dotun Oyelade bildirib ki, izdiham dünən əyalətin paytaxtı İbadanda keçirilən özəl yarmarka zamanı baş verib.

Oyeladenin sözlərinə görə, insident nəticəsində 32 uşaq ölüb, çoxlu sayda uşaq yaralanıb.

O əlavə edib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və hadisə ilə bağlı araşdırmalar davam edir, yarmarkanın təşkilatçıları saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью