Nigeriyada kamikadze hücumu 5 əsgər həlak oldu

17.12.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində Pulka bölgəsindəki hərbi bazaya kamikadze hücumu həyata keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 əsgər həlak olub, eləcə də çoxlu sayda yaralı var.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin “Boko Haram” üzvləri bölgədə tez-tez belə hücumlar həyata keçirirlər.

Bu arada ölkənin yeni təyin olunmuş müdafiə naziri Kristofer Musa bu yaxınlarda əsgərlərin yol-nəqliyyat məntəqələrindən çıxarılması və terrorçularla bilavasitə mübarizə aparmaq üçün meşəlik ərazilərə köçürülməsi barədə göstəriş verib.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” 2009-cu ildən bu yana kütləvi terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью