Nigeriyada kilsədə 4 uşaq öldü

22.12.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nigeriyada kilsədə izdiham zamanı 10 nəfər həlak olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Abucada katolik kilsəsində humanitar yardım paylanması zamanı baş verib. Maytame rayonunda yerləşən kilsəyə səhər tezdən mindən çox insan toplaşıb.

Ərzaqların paylanması zamanı yaranan izdihamda dördü uşaq olmaqla 10 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью