Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 127 nəfərə çatıb

16.04.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasından ölənlərin sayı artmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Son bir həftədə ölkənin 6 əyalətində 14 yeni Lassa qızdırması hadisəsinin görüldüyü və 5 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada yanvar ayından bu yana ölkədə ümumilikdə 674 Lassa qızdırması hadisəsinin aşkar edildiyo, epidemiya nəticəsində ölənlərin sayının 127-yə yüksəldiyi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью