Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nigeriyanın Taraba əyalətində mədən ocağında baş verən uçqun nəticəsində ən azı 20 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istiandən xəbər verir ki, yerli mətbuatda yayılan məlumata görə, hadisə Taraba əyalətinin Mayo-Kam bölgəsində yerləşən mədən ocaqlarından birində baş verib.
Uçqun nəticəsində ən azı 20 nəfərin öldüyü bildirilir.
Taraba Polis İdarəsinin sözçüsü Viktor Msherizar açıqlamasında hadisə ilə bağlı araşdırmaya başlanıldığını bildirib.
Qeyd edək ki, Nigeriyada davam edən qanunsuz mədənçilik fəaliyyəti həm ətraf mühitə zərər vurur, həm də insan tələfatına səbəb olur.
Gülay