Nigeriyada məktəbdən 227 nəfər qaçırıldı

22.11.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nigeriyada silahlı dəstə üzvləri katolik “Müqəddəs Mariya” məktəbinə hücum edərək 215 şagird12 müəllimi qaçırıblar.
Lent.az xəbər verir ki, bu barədə AFP ölkənin Xristianlar Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, qaçırılan şagirdlərin bir hissəsi sonradan qaçıb xilas ola bilib.

Hadisənin Nigeriya hökumətinin təhlükəsizlik səbəbilə məktəbin bağlanması ilə bağlı göstərişinə baxmayaraq, “Müqəddəs Mariya” məktəbinin rəhbərliyi tərəfindən bu tələbin yerinə yetirilməməsindən sonra baş verdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью