Nigeriyada mina faciəsi 9 əsgər həlak olub

07.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində əsgərləri daşıyan hərbi maşın minaya düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusu məlumat yayıb.

Bildirilib ki, xoşagəlməz olay Maiduquri-Qubio magistral yolunda baş verib. Hərbi maşın hərəkətdə olarkən yola döşənmiş minanın işə düşməsi nəticəsində böyük partlayış olub. Hadisə nəticəsində 9 əsgər həlak olub, eləcə də çoxlu sayda yaralanan var.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib, lakin “Boko Haram” və ISWAP terror qruplarının Bornoda tez-tez hücumlar təşkil etdiyi məlumdur.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” 2009-cu ildən bu yana kütləvi zorakılıq aktlarında on minlərlə insanın ölümünə səbəb olub.

2015-ci ildən təşkilat Nigeriyanın qonşu dövlətləri olan Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью