Nigeriyada neft oğurluğu zamanı faciə yaşanıb 43 ölü

04.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nigeriyanın Rivers ştatında neft oğurluğu cəhdi zamanı faciəvi hadisə yaşanıb.

525.az Nigeriya mediasına istinadən xəbər verir ki, Okari körpüsündə zəhərli qaz sızması nəticəsində 43 nəfər həyatını itirib. Huşunu itirənlərin bəziləri çaya yıxılaraq itkin düşüb.

Rivers ştatı polisinin sözçüsü Aqabe Blessinq Karbalo ölən və zəhərlənənlərin neft oğurluğu cəhdində iştirak etdiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью