Nigeriyada qayığın batması nəticəsində azı 20 nəfər ölüb AZƏRTAC

16.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Nigeriyanın Benue ştatında qayığın batması nəticəsində azı 20 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriyanın Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, bazardan qayıdan sərnişinləri daşıyan taxta qayıq Benue çayının İqatu bölgəsindən keçən hissəsində batıb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 20 cəsəd çıxarılıb, 11 nəfər isə xilas edilərək xəstəxanaya aparılıb.

Ərazidə xilasetmə əməliyyatları davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью