Nigeriyada qayıq batıb: 13 ölü, 20 dən çox itkin var

30.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nigeriyanın Zamfara ştatında silahlı hücumdan qaçarkən azı 13 nəfər həlak olub və 20-dən çox insan itkin düşüb.

Bakıvaxtı.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Yerli sakinlər bildirirlər ki, hücum edənlər Birnin Maqaci bölgəsində iki yaşayış məntəqəsinə hücum edib və yerli sakinləri yaxınlıqdakı çaya qaçmağa məcbur ediblər, orada isə cəmi bir qayıq olub. Qayığa minən sakinlər çayda batıblar.

"Reuters" qeyd edir ki, Zamfara silahlı quldurların daimi hücum etdiyi yerdir. Son aylarda hücumların sayı xeyli artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью