Nigeriyada şabaş qadağan edildi | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. Nigeriyada toy, ad günü və digər şənliklərə pul səpmək qadağan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bu tədbir yerli valyuta olan nayranın iki il ərzində 70% dəyər itirməsindən sonra tətbiq edilib.
Məlumata görə, sakinlər pul vahidinin səpilməsinə görə cərimə və ya ən azı altı ay həbslə üzləşə bilərlər.
Bildirilir ki, 24 nigeriyalı artıq bu maddə ilə mühakimə olunub və 200-dən çox iş baxılmasını gözləyir.
Qeyd edək ki, Azərbaycan el şənliklərində də "şabaş" kimi tanınan bu ənənə kifayət qədər populyardır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu