Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Nigeriyanın Plateau əyalətində mülki şəxslərə qarşı silahlı hücumlar həyata keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Plateauda təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən komendant saatı tətbiq olunmasına baxmayaraq, Mangu, Bokkos və Barkin Ladi ərazilərində həyata keçirilən hücumlarda 28 nəfər öldülürüb.
Hakimiyyət orqanları cinayətkarların müəyyən edilməsi üçün araşdırmaya başlayıb.
Qeyd edək ki, ötən ay Plateauda həyata keçirilən bənzər silahlı hücumlarda 30-dan çox insan ölüb. Ştatda artan hücumlar səbəbindən 21 sentyabrdan etibarən komendant saatı tətbiq edilir.
İbrahim Cəfərov