Nigeriyada silahlı qrupların hücumları nəticəsində ölənlərin sayı 170 ə çatıb

06.02.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nigeriyanın Kvara əyalətinin Voro və Nuku rayonlarında silahlı qrupların həyata keçirdiyi hücumlarda ölənlərin sayı 170-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kvaranın qubernatoru Əbdülrəhman Əbdülrazaq bildirib.

O, ölkə prezident Bola Əhməd Tinubunun tapşırığı ilə silahlı qruplara qarşı Nigeriya ordusunun xüsusi əməliyyata hazırlaşdığını söyləyib.

Kvara Əyalət Məclisinin üzvü Səidu Baba Əhməd isə bildirib ki, ölənlərin sayı 170-ə çatsa da, insanlar hələ də kolluqlarda cəsəd axtarırlar:

“35 qadın qaçırılıb. Sağ qalanlar da kolluqlara sığınır”.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью