Nigeriyada terrorçulara qarşı xüsusi əməliyyat keçirilib

11.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodame bildirib.

O qeyd edib ki, əməliyyat zamanı “Boko Haram”ın 9 üzvü zərərsizləşdirilib, onlarla terrorçu isə yaralı vəziyyətdə qaçıb.

Ejodame əlavə edib ki, əməliyyat zamanı terrorçuların sığınacaqları bombalanıb, çoxsaylı silah və sursat, o cümlədən əldəqayırma partlayıcı qurğular ələ keçirilib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram”, 2009-cu ildən kütləvi terror hücumlarında on minlərlə insanın ölümünə səbəb olub.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью