Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü

28.07.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Nigeriyanın Plateau əyalətində yayılan vəba epidemiyası nəticəsində 14 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Plateau əyalətinin Səhiyyə Komissarı Nikolas Ba'amlonq məlumat verib.

Onun sözlərinə görə, ötən aydan etibarən əyalətin Manqu bölgəsində vəba epidemiyası yayılmaqda davam edir. Bölgədə 441 şübhəli vəba hadisəsi qeydə alınıb, onlardan 26-sı laborator şəkildə təsdiqlənib.

Ba'amlonq bildirib ki, epidemiya səbəbindən 14 nəfər ölüb. O qeyd edib ki, Səhiyyə Nazirliyi yüksək hazırlıq vəziyyətində fəaliyyətini davam etdirir və xəstəliyin yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər gücləndirilib.

Qeyd edək ki, Nigeriyada vəba epidemiyası ilə əlaqədar 26 iyun 2024-cü ildə ölkə üzrə milli fövqəladə vəziyyət elan olunub.

Mütəxəssislərin məlumatına görə, "Vibrio" bakteriyasının törətdiyi vəba çirkli su və qida vasitəsilə yayılır. Xəstəlik ağır ishal və orqanizmdə ciddi maye itkisinə səbəb olur. Vaxtında müalicə olunmadıqda isə ölümcül nəticələrə gətirib çıxara bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Nigeriya Afrika qitəsində vəbadan ən çox zərər çəkən ölkələrdən biridir. Burada təmiz içməli su çatışmazlığı və tibbi xidmətlərə çıxışın məhdudluğu epidemiya riskini daha da artırır.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью