Nigeriyada vəbadan ölənlərin sayı 74 ə çatıb

09.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 iyun, AZƏRTAC

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyindən ölənlərin sayı 74 nəfərə çatıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” təşkilatı məlumat yayıb. Bildirilib ki, may ayından bəri qeydə alınan yoluxma hallarının sayı 7 min 850-yə yüksəlib. Xəstəlik ştatın 36 rayonuna yayılıb və yoluxmaların yarıdan çoxu ştatın paytaxtı Mayduquri şəhərində qeydə alınıb.

Məlumata görə, Nigeriya hökuməti və beynəlxalq tərəfdaşlar xəstəliyin yayılmasının qarşısını almaq üçün su, sanitariya və gigiyena sistemlərinin gücləndirilməsi, həmçinin müalicə mərkəzlərinin hazırlığı istiqamətində tədbirlər həyata keçirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью