Nigeriyalı boksçu 26 illik fasilədən sonra qalib gəldi

25.08.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Nigeriyalı boksçu İke İbeabuçi 26 illik fasilədən sonra ilk döyüşündə qalib gəlib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Nigeriyanın Laqos şəhərində baş tutan döyüşdə İbeabuçi həmyerlisi İdris Afineni məğlub edib. Döyüşdən sonra İbeabuçi ağır çəkidə mütləq dünya çempionu, ukraynalı Oleksandr Usiki döyüşə çağırıb.

İbeabuçinin 52 yaşı və 21 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur. 1999-cu ildə idmançı zorlama və təcavüzdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O, 2015-ci ildə azadlığa buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью