Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu nigeriyalı hücumçu Adeleke Akinyemi ilə anlaşıb.
Son olaraq Finlandiyanın “Qnistan” klubunun formasını geyinən futbolçu Bakıya gəlib və “ağ-qaralar”la müqavilə imzalayıb.
Transferlə bağlı rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Adeleke Akinyemi karyerası ərzində Nigeriya, Şimali Kipr, Albaniya, Kosovo, Şimali Makedoniya, Latviya, Norveç, Çexiya və Finlandiya klublarında çıxış edib.
“Sumqayıt”ı bu günə kim saldı? - İdarəçilik fiaskosu Millimiz Gürcüstana məğlub olub “Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir” Zaur İsmayılov: “1 xal qazana bilərdik” Kurban Berdıyev: “Vacib qələbə qazandıq”