Nigeriyalı nümayəndə: Bakı Təşəbbüs Qrupu hər zaman Afrika xalqlarına dəstək göstərib AZƏRTAC

20.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

“COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm. Təşkilatçılıq gözlədiyimizdən də yüksək oldu. Biz fevral ayından COP29-a öz dəstəyimizi göstəririk. Bu istiqamətdə Afrikada təşkilat yaratmışdıq. Onun məqsədi Afrika dövlətlərinin COP29-da iştirakını təmin etmək idi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri müstəmləkəçilikdən əziyyət çəkən Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun (GCSCCC) sədri Uzodınma Akujekve Adirieje söyləyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu neokolonializm siyasətindən əziyyət çəkən xalqlara dəstəyini daha da artıracaq. Bakı Təşəbbüs Qrupu hər zaman Afrika xalqlarına dəstəyi təkcə sözdə yox, əməldə də göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью