Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 22 noyabr, AZƏRTAC COP29 konfransı ümumilikdə yüksək səviyyədə təşkil olunub və çox səmərəli keçir.
Konfrans sərbəst şəkildə davam edir. Biz təşkilat olaraq fəal iştirak etmişik, müzakirələrdə yer almışıq.
Ümumiyyətlə, tərəflər arasında razılaşmaların əldə olunması üçün müzakirələr davam edir.
Mənim ümumi gözləntim budur ki, bu iqlim konfransı əsaslı və dərin bir dəyişikliyə səbəb olacaq, yəni, transformativ bir COP olacaq.Bu sözləri COP29 çərçivəsində ölkəmizə gələn Nigeriyada fəaliyyət göstərən “Davamlı Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Təşəbbüsü” Təşkilatının nümayəndəsi Jacob Aderibigbe AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Bu konfransın yalnız toplantı formatında keçməməsinin əhəmiyyətini vurğulayan nigeriyalı qonaq əlavə edib: “Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir təkcə bir araya gəlmək üçün deyil, həm də planetin xeyrinə mühüm qərarların qəbul olunması üçün bir platformadır.
Bu, kainatın gələcəyi ilə bağlıdır, yalnız danışıq deyil, konkret addımlardır, resursların səfərbər edilməsidir.
İqlim dəyişikliyi bütün cəmiyyətin problemidir və həlli də bütün cəmiyyətin birgə iştirakı ilə mümkündür.