Nigeriyalıdan qeyri adi dünya rekordu

01.10.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriyalı rəqqas Benjamin Deniel qeyri-adi rekorda imza atıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dayanmadan 168 saat rəqs edib.

Benjamin 1 həftə boyunca onu tək qoymayan həmyerliləri və turistlərin qarşısında milli və beynəlxalq rəqsləri oynayıb. "Ben Dancer" ləqəbli peşəkar rəqqasın göstəricisi Ginnesin rekordlar kitabının ofisi tərəfindən qeydə alınıb.

Yeri gəlmişkən, Benjamin əvvəlki rekordu 41 saat yaxşılaşdırıb. Belə ki, ondan əvvəl rekord hindistanlı Sruşti Sudhir Caqtapa məxsus idi. O, 2023-cü ildə dayanmadan 127 saat rəqs etmişdi.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью