Nihad Kahveci və Fuad Akdaş “Sabah” klubundan danışdı VİDEO

12.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Fuad Akdaş "Sabah"ın ilk oyunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduğunu xatırladıb: 

"Qardaş ölkənin təmsilçisi olan "Sabah" turnirdəki ikinci oyununu oktyabrın 13-də keçirəcək və doğma meydanda "Slaviya Praqa"nı qəbul edəcək".

Nihad Kahveci isə "Sabah" Çempionlar Liqasına düşməsi münasibəti ilə təbrik edib:

"İndi gedib "Mançester Yunayted"in meydanında oynayırsan. Bu, asan deyil. Pis başlanğıc kimi görünə bilər, amma indi öz meydanlarında "Slaviya Praqa"nı qəbul edəcəklər. Həmin oyunda qalib gəlsələr, iki oyundan üç xal uğurlu nəticə olar", - o deyib.

Şərhçi Azərbaycan azarkeşlərinin hazırda da komandaları ilə qürur duyduğunu vurğulayıb:

"Azərbaycanlı azarkeşlər onsuz da xoşbəxtdirlər, qürurludurlar. Keçən il bunu "Qarabağ"la yaşadıq. Biz də çox qürur duyduq. "Sabah" "Slaviya Praqa"nı məğlub etsə, yenidən belə xoşbəxt olacaqlar. Uğurlar diləyirik".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью