Nihad: “Layiqli qələbə qazandıq”

17.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan yığmasının futbolçusu Nihad Əhmədzadə yoldaşlıq görüşündə Andorraya qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi qələbədən sonra bunları dedi:

– Oyunla bağlı fikirlərinizi bildirərdiniz.
– Yoldaşlıq matçı olmasına baxmayaraq, komanda olaraq yaxşı hazırlaşmışdıq. Məncə, layiqli qələbə qazandıq.

– Klub səviyyəsinsə də son oyunlarda hücumçu kimi formadasınız. Amma Ayxan Abbasov Lixtenşteyn oyunundan əvvəl mətbuat konfransında bildirmişdi ki, sizi vinger olaraq gətirib. Ümumi olaraq siz özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
– Baş məşqçilərim, həm Ayxan Abbasov, həm də “Sumqayıt”da Kandido məni hansı mövqedə oynadırsa, orada oynamağa çalışıram. Gəncik və heyətə düşmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

– Andorra ilə matçda oyunun nə dərəcədə alındı?
– Məncə, pis çıxış etmədim. Ayxan müəllimə də təşəkkürümü bildirirəm, şans verdi. Vinger olaraq oynadım və məncə, pis alınmadı.

Futbolpress.az

Andorra

Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью