Nihad Süleymanlı 1/4 finalda uduzdu

31.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 finalda məğlub olub.

Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı Türkiyə təmsilçisi Volkan Bilginə 6:10 hesabı ilə uduzub.

Süleymanlı 1/8 final mərhələsində Qırğızıstan güləşçisi Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu U-17 dünya çempionatı – 7 güləşçimiz xalçaya çıxacaq Gülxanım və Fatimə üçün bürünc medal şansı U-17 DÇ: Fatimə Bayramova yarımfinala yüksələ bilmədi U-17 DÇ: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью