Nihat Kahveci: “Dzeko, sənin sol ayağını öpüm mən” Video

29.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci "Fənərbaxça"nın Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Slaviya"ya qalib gəldiyi matç (2:1) haqqında danışıb.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin qollarından birini Edin Dzeko vurub. N.Kahveci isə "Kontraspor" Yutub kanalında yayımlanan verilişdə Dzekonun baxımlı qolunu xüsusi şərh edib: 

"Bir şey deyim, bir futbolçu ancaq bu qədər gözəl yaşlana bilər. Dzeko, sənin sol ayağını öpüm mən. O necə bir zərbə idi?! Normalda sol ayaqla vurar, top auta gedər. Dünən mükəmməl bir qola imza atdı. İkinci hissədə də "Fənərbaxça" irəliyə atıldı". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью