Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!

29.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 yanvar, AZƏRTAC

“Qarabağ”ı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.

O, “Liverpul” kimi komandaya səfərdə məğlub olmağın normal hal olduğunu bildirib: “Kaş ki, hesab 0:6 olmazdı. Lakin “Qarabağ” bu büdcə və heyətlə adını pley-offa yazdırdı. Halal olsun! Böyük uğurdur. İki türk komandası – “Qalatasaray” və “Qarabağ” Çempionlar Liqasına yoluna davam edir. Təbrik edirəm”.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Azərbaycan çempionu 1/8 finala gedən yolda PSJ və ya “Nyukasl”la qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью