Qol.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen" üzərindəki zəfərindən (2:0) danışıb.
QOL.az xəbər verir ki, o, “Kontraspor” verilişində Ağdam təmsilçisini təbrik edir:
"Qarabağ"ı təbrik edirik. 2 matçda, 2 qələbə, 6 xal. Yolun yarısına qədər gəldilər. Səfərdə 0:2-dən geridönüş edərək 3:2 hesablı qələbə qazandılar, evdə isə "Kopenhagen"i üstələdilər. Sərt, şimal klubunu məğlub etdilər. Qurban olum Qurban Qurbanov hocaya (gülür). O da bizim "Qalatasaray"ımızı təbrik edib. Bizi Azərbaycandan çox izləyən var. Hər kəsi təbrik edirik. Qürur duymamaq mümkün deyil".
Verilişin həmin hissəsini təqdim edirik.