NİİM: Bir sıra yollarda yeni piyada svetoforları quraşdırılıb

11.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.

Bu barədə APA-ya mərkəzdən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada svetoforları quraşdırılıb: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью